Vakansiyalar

Dövlət Agentliyi işçi axtarır - VAKANSİYA

İşəgötürən: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Vəzifə: Kiçik mütəxəssis, Mütəxəssis, Baş mütəxəssis
Şöbə: Tibbi ekspertiza şöbəsi

Vəzifə öhdəlikləri:

• Tibb təchizatçısı tərəfindən göstərilmiş tibbi xidmətlərə dair hesabatların (reyestrlərin) və digər tələb edilən sənədlərin alınması;
• Tibb təchizatçıları tərəfindən təqdim olunmuş reyestrlərə əsasən göstərilmiş tibbi xidmətlərin ilkin texniki və tibbi dəyərləndirilməsinin həyata keçirilməsi;
• Sığorta hadisəsi zamanı sığorta olunana göstərilən tibbi xidmətin keyfiyyətinə nəzarət edilməsi, yaranan nöqsanların araşdırılması.
• Tibbi-iqtisadi ekspertizanın aparılması zamanı yaranan mübahisəli məsələlərin araşdırılması məqsədi ilə tibb heyəti ilə görüşlərin keçirilməsi;
• Fəaliyyəti üzrə ezamiyyə səfərlərinin həyata keçirilməsi;
• Agentliyin daxili intizam və etik davranış qaydalarına riayət edilməsi.

Vəzifə üçün tələblər:

• Baza ali tibbi təhsil (Rezidentura təhsili üstünlükdür);
• Tibb sahəsində həkim olaraq 1 ildən az olmayaraq ümumi əmək stajı (həkim və ya həkim-ekspert olaraq sığorta şirkətlərində iş təcrübəsi üstünlükdür);
• Səhiyyə sahəsində mövcud qanunvericilik üzrə biliklər;
• Yüksək ünsiyyət, təşkilatçılıq, komandada işləmə bacarığı;
• Xarici dil bilikləri arzuolunandır;
• Ofis proqramları üzrə biliklər;
• İxtisası üzrə sertifikatların olması arzu olunandır.

Maraqlanan namizədlər CV-lərini 03 oktyabr 2021-ci il tarixinədək hr@its.gov.az e-mail ünvanına göndərə bilərlər.

Müraciət olunan vəzifənin adı qeyd edilməlidir. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department