Sosial iqtisadiyyat

Azərbaycan iqtisadiyyatında artım tempi 3%-ə yaxınlaşıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 47 262,3 milyon manatlıq və yaxud ötəni ilin eyni dövrü ilə müqayisədə 2,7 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

ENA.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,1 % azalıb, qeyri-neft-qaz sektorunda isə 5,3 % arıb

ÜDM istehsalının 40,3 %-i sənaye, 10,3 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,3 %-i nəqliyyat və anbar təsərrüfatı, 6,5 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,1 %-i tikinti, 1,8 %-i informasiya və rabitə, 1,1 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,5 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,1 %-ni təşkil edib.

İl ərzində əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri isə 17,6% artaraq 4 721 manat olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)