Bank

"Kapital Bank"ın əmanət hesabları böyüyüb - HESABAT

2021-ci ilin I yarısında “Kapital Bank” ASC aktivlərini 9,3% artırarq 5 milyard 713,775 milyon manata çatdırıb. ENA.az xəbər verir ki, aktivlərdəki artım əsasən kredit portfelinin hesabına ba.ş verib. 

30 iyun 2021-ci il tarixinə bankın aktivlərinin 40,2%-i kredit portfelinin payına düşür. Kredit portfeli 2 milyard 298,813 milyon manat təşkil edir ki, bu da 2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə 5,6% artım deməkdir. Eyni zamanda, bankın istehlak kreditləşməsi üzrə portfeli 5,1% yüksələrək 1 milyard 435,827 milyon manat, biznes kreditləri üzrə portfeli 3% artaraq 599,909 milyon manat olub.

Bankın öhdəlikləri 12,1% artaraq 5 milyard 150,448 milyon manat təşkil edir. Burada əsas artım depozit portfelinin hesabına baş verib. Banka pulu əmanət edənlərin sayı artıb və nəticədə hesablardakı vəsaitlərin həcmi  15,9% artaraq 4 milyard 410,409 milyon manata çatıb. Ffziki şəxslərin bankdakı əmanətləri 15,5% artıb və 1 milyard 232,973 milyon manat olub.

İyunun 30-na bankın kapitalı 11,2% azalaraq 563,327 milyon manat təşkil edir, nizamnamə kapitalı isə 245,85 milyon manatdır.

Yanvar-iyun aylarının yekunları üzrə “Kapital Bank”ın xalis mənfəəti 99,772 milyon manatdır. Bu, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 41,5% azdır. 

“Kapital Bank” Azərbaycanda 140 ildən çoxdur fəaliyyət göstərir və hazırda aparıcı bankların üçlüyünə daxildir. Bankın səhmdarları “PAŞA Holdinq” (99,8755%) və fiziki şəxslərdir (0,1245%).

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)