Sosial iqtisadiyyat

Çavuşoğlu Şahin Mustafayevlə görüşüb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb.

ENA.az-ın xəbərinə görə, Türkiyə XİN başçısı bu barədə "Twitter"də bildirib.

“Can Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşdə ölkələrimiz arasında münasibətlərimizi müzakirə etdik və regionda baş verənləri qiymətləndirdik. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!”, - deyə Mövlud Çavuşoğlu qeyd edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department