Sosial iqtisadiyyat

ETSN “Beta Tea” şirkətilə müqaviləyə xitam verir

“Azərbaycanda olan meşələrin mühafizəsi hər zaman Ekologiya və təbii Sərvətlər Nazirliyinin əsas hədəfidir və bu istiamətdə mütəmadi işlər görülür”.

ENA.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov “Meşələrin mühafizəsi və davamlı inkişafı” mövzusunda keçirilən debatda deyib.

Nazir müavini qeyd edib ki, meşələrin mühafizəsi ilə bağlı problemlər son zamanlar azalma istiqamətindədir:

“Problem təbii ki, hər zaman müşahidə olunur”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə isə bildirib ki, meşələrin qırılması faktı hər zaman olub:

“Gələcəkdə belə hal olmayacaq zəmanətini kimsə verə bilməz. Maksimum dərəcədə çalışırıq ki, belə hallar olmasın. Son üç ilin statistikasına baxsaq meşə qırılma faktları 5 dəfəyə yaxın aşağı düşüb”.

Nazirlik rəsmisi eyni zamanda Lənkəranda “Beta Tea” şirkətinə icarəyə verilən ərazilərdə meşələrin qırılması faktı ilə bağlı məsələyə də toxunub:

“Ərazidə ağacların qırılması faktı araşdırmalar nəticəsində öz təsdiqini tapdı. Dərhal həmin gün iş dayandırıldı, ziyan hesablandı, akt protokol tərtib edildi. Proses iyulun 22-də başa çatacaq. Həmin vaxt yekun qərar qəbul ediləcək. Müqavilənin icrasına xitam verilməsinə başlanılıb”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)