Azərbaycan iqtisadiyyatı 2%-dən çox böyüyüb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda istehsal olunmuş ümumi daxili məhsulun (ÜDM) dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 2,1% artaraq 39 915 milyon manat təşkil edib.
ENA.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, son 1 ildə qeyri neft-qaz ÜDM-i 5,1% artaraq 25 637 milyon manata çatıb.
Əhalinin hər nəfərinə düşən ÜDM isə 3 987,6 manat olub ki, bu da illik müqayisədə 1,6% çoxdur