Sosial iqtisadiyyat

Sabirabad Sənaye Məhəlləsində yeni rezident

“Humix” MMC-yə İqtisadiyyat Nazirliyinin Sabirabad Sənaye Məhəlləsinin rezidenti statusu verilib və bununla da sənaye məhəlləsinin iştirakçılarının sayı 8-ə çatıb.

ENA.az bu barədə nazirliyə istinadən xəbər verir.

Yeni rezident bitki mühafizə vasitələri və aqrokimyəvi maddələr istehsal edəcək. İstehsal sahəsində 10 nəfər işlə təmin olunacaq.

20,3 hektar ərazini əhatə edən Sabirabad Sənaye Məhəlləsində - yun tədarükü, heyvan yemi, hibrid toxum istehsalı, bal və arıçılıq məhsullarının istehsalı və qablaşdırılması, yuyucu və təmizlik vasitələrinin istehsalı və qablaşdırılması və s. sahələr üzrə rezidentlər qeydiyyata alınıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)