Hadisə

Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində maqnitudası 3.2 olan zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 04:02-də qeydə alınıb.

Zəlzələnin ocağı 44 kilometr dərinlikdə yerləşib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)