“AtaHolding”in vergi borcu milyona yaxındır
Azərbaycanda böyük şirkətlərdən biri olan “AtaHolding” MMC-nin dövlətə vergi borcu olduğu məlum olub.
ENA.az xəbər verir ki, 29 iyun 2021-ci il tarixinə olan göstəriciyə görə, holdinqin 927 940 manat həcmində vergi borcu var.
Bu borcla yanaşı, holdinqin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə kommersiya məhkəməsində çəkişməsi müşahidə edilməkdədir.
DVX-nin Bakı Şəhəri Lokal Gəlirlər Departamenti holdinq barəsində Bakı Kommersiya Məhkəməsinə müraciət edib. “Vergi məsələləri” üzrə mübahisənin baş verməsi göstərilib.
Xatırladaq ki, “AtaHoldinq” 2003-cü ildə yaradılmaqla 40 mln. manat nizamnamə kapitalına sahibdir. Holdinq, ölkədə texnologiya, idman, turizm lizinq və sığorta kimi sahələrdə biznes fəaliyyətinə sahibdir.