Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu azalıb
![](https://ena.az/uploads/news/2021-06/_ena_92de6d05f9fac09ac32850106_o.jpg)
Bu ilin yanvar-may aylarında xarici müəssisə və təşkilatlar Azərbaycanda əsas kapitala 1 milyard 946,2 milyon manat vəsait yönəldib.
ENA.az Dövlət Statistika komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 % azdır.
Beş aylıq investisiya qoyuluşunun 1 milyard 752,5 milyon manatı (90 %-i) Böyük Britaniya, ABŞ, İsveçrə, Türkiyə, Yaponiya, Virgin adaları, Norveç, Malayziya, Fransa, Rusiya və İran sərmayədarlarına məxsus olub.