“Məşğulluq haqqında” qanuna dəyişiklik edilir
Məşğulluq haqqında” qanuna dəyişiklik təklif edilir.
ENA.az xəbər verir ki, dəyişikliyə əsasən uçota alınmış ailə kəndli təsərrüfatı haqqında məlumatlar bələdiyyələr tərəfindən birbaşa elektron sistemə daxil ediləcək.
Qanun layihəsi “Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 sentyabr tarixli 1157 nömrəli Fərmanının icrası çərçivəsində hazırlanıb.
Hazırda “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə əsasən yerli özünüidarəetmə orqanları “Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ailə kəndli təsərrüfatlarını uçota alır və uçota aldığı gündən 1 (bir) ay ərzində bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verirlər.
Uçota alınmış ailə kəndli təsərrüfatı üzvlərinin statusu, əmək fəaliyyəti və əmək stajı barədə məlumatlar bələdiyyələr tərəfindən “Elektron kənd təsərrüfatı” informasiya sisteminə daxil edildiyindən “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununda müvafiq dəyişiklik edilməsi təklif olunur.