“Bakı Fond Birjası” xalis mənfəətinin kəskin azalmasına münasibət bildirib
“Bakı Fond Birjası” QSC 2020-ci ildə əldə etdiyi xalis mənfəətin 2019-cu illə müqayisədə təxminən 4 dəfə az olmasına münasibət bildirib.
Bu barədə Birjanın İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Eldar Abdullayev açıqlama verib.
Onun sözlərinə görə, azalma rəhbərlik etdiyi qurumun göstərdiyi xidmətlər üzrə komisson haqlarının iki dəfə azaldılması ilə bağlıdır. Son nəticədə Birjanın gəliri kəskin azalıb, xərclərində isə azalma olmayıb.
Birja rəsmisi komisyon xərclərinin aşağı salınmasının bazar iştirakçılarının xahişi ilə bağlı olduğunu qeyd edib.