Vergi üçün meyarlar müəyyən ediləcək - PREZİDENTDƏN MÜHÜM TAPŞIRIQLAR
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
"BI" xəbər verir ki, Prezident fərman ilə Nazirlər Kabinetinə bir sıra mühüm tapşırıqlar verib.
Belə ki, üç ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabineti:
-Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli;
-Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli;
-“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tibbi xidmətlərin göstərilməsinə və həmin xidmətlər çərçivəsində dərman vasitələrinin təqdim edilməsinə əlavə dəyər vergisinin həmin verginin Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən olunmuş dərəcəsindən daha aşağı dərəcə ilə tətbiqi (differensial ƏDV-nin tətbiqi) ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli;
-Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.80-ci maddəsinə uyğun olaraq, startapın müəyyən olunması meyarlarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etməli;
- həmin Məcəllənin 16.1.8-ci maddəsinə uyğun olaraq, nəzarət-kassa aparatının meyarlarını Azərbaycan Respublikası Vergilər Nazirliyinin təklifləri əsasında müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli;
-həmin Məcəllənin 16.1.11-9-cu maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Vergilər Nazirliyinin təklifləri əsasında, məcburi nişanlama ilə nişanlanmalı malların dövriyyəsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etməli;
- həmin Məcəllənin 22-1.2-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maddi-texniki bazasını və işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nı Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməli;
- həmin Məcəllənin 26.2-1-ci maddəsinə uyğun olaraq, vergi orqanlarının vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Vergilər Nazirliyinə məlumat təqdim etməli olan dövlət orqanları (qurumları) ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin, habelə həmin dövlət orqanlarının (qurumlarının) təqdim etməli olduğu məlumatın hədlərini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etməli;
- həmin Məcəllənin 50-2.1-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasında istehsal edilən, yaxud ölkəyə idxal olunan məcburi nişanlama ilə nişanlanmalı olan malların siyahısını, həmin mallara məcburi nişanlamanın tətbiqi, vergi ödəyicilərinə verilməsi və uçotunun aparılması qaydasını, Azərbaycan Respublikası Vergilər Nazirliyinin təklifləri əsasında, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməli;
- həmin Məcəllənin 50-2.4-cü maddəsinə uyğun olaraq, məcburi nişanlamanın verilməsinə görə dövlət rüsumunun məbləği ilə bağlı təkliflərini və müvafiq qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli;
- həmin Məcəllənin 98.2.7-ci maddəsinə uyğun olaraq, vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması qaydasını Azərbaycan Respublikası Vergilər Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təklifləri əsasında, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməli;
- həmin Məcəllənin 106.1.18-ci maddəsinə uyğun olaraq, elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların meyarlarını müəyyən etməli;
- həmin Məcəllənin 111.3-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Vergilər Nazirliyinin təklifləri əsasında, xüsusi ehtiyat fondlarının yaradılmasına aid edilən məbləğlərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması qaydasını təsdiq etməli;
- həmin Məcəllənin 165.5-ci maddəsinin birinci cümləsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Bir ay müddətində:
- həmin Məcəllənin 101.1-4-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Vergilər Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təklifləri əsasında, neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarlarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etməli;
- “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə uyğun olaraq, nəzarət-kassa aparatlarının tətbiqi qrafikini Azərbaycan Respublikası Vergilər Nazirliyinin təklifləri əsasında müəyyən etməli;
- “Sosial sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Vergi Məcəlləsində edilmiş dəyişiklikləri, “Ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 aprel tarixli 6 nömrəli Sərəncamı ilə vergi orqanlarının qarşısında qoyulmuş vəzifələrin icrasının təmin edilməsinin zəruriliyini, habelə dövlət xidmətlərinin həyata keçirilməsində vergi orqanları işçilərinin iştirakını nəzərə alaraq, Azərbaycan Respublikası Vergilər Nazirliyinin təklifləri əsasında onun ştat vahidlərinin sayının artırılmasını və maddi-texniki təminatı məsələlərinin həllini, eləcə də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya sisteminə inteqrasiyasını on beş gün müddətində təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli;
- mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.