Müxtəlif sahələr üzrə işçilər tələb olunur - VAKANSİYALAR
Agro-West DC LLC
Vakansiya : Əmək haqqı üzrə mühasib.
Əmək haqqı: 1500 azn
Vəzifəyə olan tələblər:
• Aylıq əmək haqqının, əmək məzuniyyətlərinin və son haqq hesabların qanunveriliciyə əsasən hesablanması;
• Əmək qabiliyyətinin müvəqqəti itirilməsiylə bağlı hesablamarın aparılması və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytında bu və digər müavinətlar üçün müvafiq elektron müraciətlərin tərtib olunması və vaxtında ödənilməsi üçün lazımi tədbirlərin görülməsi;
• İşçilərin əmək haqqı ilə bağlı suallarının cavablandırılması;
• Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatlarının hazırlanması və göndərilməsi;
Namizədə olan tələblər:
• Ali təhsil
• Müvafiq sahədə 3 il və daha çox təcrübə
• ACCA F3 ( mühasibatlıq uçotu)
• Fərdi qaydada və komandada işləmək bacarığına malik olmaq
E-mail: hr@agrowestdc.az
***
Imperial Ceramic Center
Vakansiya: Xadimə
İş barədə məlumat
- Ofisə daxil olan qonaqlara və ofis işçilərinə su, çay, qəhvə təklif etmək və hazırlamaq
- Təhkim olunmuş sahənin təmizliyini təmin etmək
- Mətbəxin daimi təmizliyini təmin etmək
- İş qrafiki: B.e - Şənbə günü / 8:30-dan 18:00-dək
- Ünvan: Bakı şəh., Xətai pr. 34
- Əmək haqqı: 400 AZN
Namizədə tələblər
- Fiziki cəhətdən saglam
- Səliqəli və məsuliyyətli olmalıdır
- Təmizləyici vasitələrindən düzgün istifadə qaydasını bilməlidir
- Gülərüz və kollektivdə işləməyi bacarmalıdır
Maraqlananlar şəxsi məlumatlarını və təqimat üçün şəklini +994776400606 nömrəsinə göndərə bilərlər.
E-mail: valiyevasevil@gmail.com
***
“İrşad Elektronics” MMC Bakı, Mingəçevir, Mehtiabad və Lökbatan ərazisi üzrə aşağıda qeyd edilmiş vakansiya üzrə əməkdaş axtarışındadır:
Satış təmsilçisi
Vəzifə və öhdəliklər:
- Ünsiyyətcil, təşəbbüskar;
- Komandada işləmək bacarığı;
- Müştərilərlə işləmək qabiliyyəti;
- Mükəmməl kommunikasiya qabiliyyəti;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- ali təhsilə üstünlük verilir;
- Müştəriyə məhsullar, zəmanət şərtləri haqqında dəqiq və ətraflı məlumatın verilməsi;
Tələblər:
- Yaş: 23-29 arası;
- Cinsi: kişi;
- Ali təhsil, Azərbaycan dili və rus dili səlis bilməyi;
- Mobil telefon və elektronika sahəsində iş təcrübəsi minimum 1 il olmalıdır.
E-mail: hr@irtelecom.az
***
42 Coffee Roasters MMC xüsusi kofelərin istehsalını və satışını həyata keçirir. Şirkətin mağazasına Satıcı vakansiyası üzrə işçi tələb olunur.
İş barədə məlumat
- Mağazada satış əməliyyatını prosedur əsasında həyata keçirmək
- Məhsul və xidmətlə əlaqədar müştəri suallarının cavablandırılması
- Mağazada yüksək xidmət səviyyəsini təmin və nəzarət etmək (təmizlik, səliqə, musiqi, paketləmə və s.);
- 6 günlük növbəli iş həftəsi
- AR əmək qanunvericiliyinə uyğun rəsmiləşmə, ödənişli məzuniyyət
- Bonus sistemi
- Əmək haqqı 500-600 AZN (müsahibə zamanı namizədə uyğun təyin edilir)
Namizədə tələblər
- Gənc şəxslər (yaş həddi 22-35)
- Azərbaycan və Rus dillərini əla səviyyədə bilmək (ingilis dili arzuolunandır)
- Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq
- Ünsiyyətcil, mehriban, pozitiv olmaq
- Kollektivdə işləmə bacarığı
- İş təcrübəsi: Satış üzrə 3 il
Maraqlanan namizədlərdən CV formasını info@42coffeeroasters.az ünvanına göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaq.
***
Kəlağayım satış nöqtələrinə (28 Mall və Nərgiz mall) satıcı xanımlar tələb olunur
Tələblər:
- Yaş: 23-35
- Cinsi: qadın
- Təhsil: orta/orta ixtisas/ali
- İş təcrübəsi: uyğun sahədə iş təcrübəsi arzu olunandır
- Dil bilikləri: Azərbaycan (əla), Rus dili (əla), ingilis dili biliyi arzuolunandır
Şəxsi keyfiyyətlər:
- Nitq mədəniyyəti;
- Müştərilərlə səbirli və gülərüz ünsiyyət;
- Yüksək təqdimat bacarığı.
Vəzifə öhdəlikləri:
- Məhsul seçimində müştəriyə kömək etmək və çeşidləri təqdim etmək;
- Müştəri məmnuniyyətinin təmini üçün şirkətin bu barədə olan siyasətinə uyğun davranmaq;
- Mağazanın və brendin imicinin saxlanılması (təmizlik, səliqəlilik, vitrin və s.);
- Səliqəli görünüşü təmin etmək (forma,gigeyena,qrim və s.).
- Mağazada və anbarda olan malların qiymətlərinin, ölçülərinin, miqdarının və s. məlumatları bilmək və müştərilərə dəqiq məlumat vermək;
- Müştərilərdən sifarişlərin qəbul edilməsi, düzgün qeydiyyatının aparılması və müvafiq şöbəyə ötürülməsi.
İş şərtləri:
İş yeri: 28 Mall; Nərgiz Mall
İş vaxtı: Növbəli qrafik əsasında təyin ediləcəkdir
İş günü: 5 gün (2 gün istirahət günü)
Əmək haqqı 400 AZN
Maraqlanan şəxslərdən CV-lərini kelagayim2016@gmail.com e-mail ünvanına göndərməkləri xahiş olunur.
***
Şirkət: “AzəriMed“ QSC
Vakansiya: UI/UX dizayner
Tələblər:
• Təhsil: Müvafiq sahədə ali təhsil;
• Təcrübə: Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi;
• Adobe XD, Figma , Photoshop proqramlarını yaxşı bilməli;
• HTML və CSS programlarından anlayış;
• Yaradıcılıq, araşdırma və analitika bacarığı;
• Verilən tapşırıqlara məsuliyyətli yanaşma;
• Müstəqil və komandada işləmə bacarığı;
• Dizayn sahəsində müasir trendlər barəsində məlumat.
Vəzifə öhdəlikləri:
• Təlimatlara uyğun UX və UI dizaynların yaradılması;
• Son trendlərə uyğun dizayn prinsiplərinin tətbiqi və dizayn sistemin yaradılması;
• Mövcüd dizaynların inkişaf etdirilməsi;
• Dizaynlardakı problemlərin və defektlərin aşkarlanması və aradan qaldırılması;
• Yaradılmış rəqəmsal məhsulların interface dizaynının inkişaf etdirilməsi;
• Mobil proqramların dizaynlarının işlənilməsi.
İş şəraiti:
• İş qrafiki: 09:00-18:00
• Əmək haqqı: 500-700 AZN
• Ünvan: Əhməd Rəcəbli 1/11 A
Qeyd: CV ilə birlikdə portfolionun göndərilməsi mütləqdir.
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “UI/UX dizayner” qeyd etməklə cv@azerimed.com elektron ünvanına göndərmələri xahiş olunur.
Əlavə suallar üçün 055-455-84-04 (Whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz
***
“Qala Sığorta” ASC
Hazırda şirkətimizə ön masa təmsilçisi (Resepşn) vəzifəsi üçün komandamıza yeni üzv axtarırıq.
Əsas vəzifə və öhdəliklər:
- Şirkət daxili işlərin kordinasiya edilərək tələb olunan fəaliyyətin təmin edilməsi;
- Şirkətə gələn ziyarətçi, qonaqların qarşılanması, onlara yardım edilməsi və yönləndirilməsi;
- Daxil olan bütün telefon zənglərini müvafiq qaydada qəbul etmək, yönləndirmək, tələb olunduqda qeydlər aparmaq və aidiyyati şəxslərə məlumat vermək;
- Daxil olan sənədlərin və kompüter vasitəsilə göndərilən məlumatların ilkin qeydiyyatının aparılması,ötürülməsi və saxlanılması;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqlar;
Tələblər:
- Azərbaycan və Rus dili bilikləri vacibdir;
- İngilis dili biliyi üstünlükdür;
- MS Office kompüter proqramları üzrə bacarıqlar;
- Komandada işləmək bacarığı;
- Öyrənmək və inkişaf etmək həvəsi;
- Yaş həddi: 20 - 27 yaş
İş şəraiti:
- Həftədə 5 iş günü
- Əmək haqqı 400 azn
-Müqavilə: Əmək müqaviləsi
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti, məhəllə 221/14
CV-lərinizi (foto mütləqdir) mövzu xanasında “Resepşn” qeyd etməklə office@qala-insurance.az ünvanına göndərməyiniz xahiş olunur.
Yalnız tələblərə uyğun gələn və mövzu hissəsində vəzifənin adını düzgün qeyd etmiş namizədlərlə əlaqə saxlanılacaq.
***
“Prive Steak Gallery Baku”
Vakansiya : Ofisiant
İş yeri - Prive Steak Gallery
Ünvan:Səbail Rayonu Xaqani Küçəsi 14/A
İş qrafiki- həftədə 6 gün
Əmək haqqı- 700 - 800 AZN +%
Öhdəliklər
- Qonaqlardan sifarişləri diqqət və nəzakətlə qəbul etmək
- Qonaqlara nümunəvi xidmətin göstərilməsini təmin etmək.
- Masaların təmizliyinə riayət etmək və.s
- Menyunu yaxşı bilmək və gələn qonaqlara hər hansı bir yemək barəsində dolğun məlumat vermək
Tələblər
- 20-30 yaş arası bəy və xanım namizədlər
- Xoş görünüş, gülərüzlük, səmimiyyət, operativlik, çeviklik
- Restoran sahəsində minimum 3-5 illik iş təcrübəsi
- İngilis dili mükəmməl, Rus dili mükəmməl,
- Steyk və içki biliyinin olması tələb olunur.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə hr@privebaku.com e-mail ünvanına göndərə və ya 051-225-69-81 nömrəsi ilə əlaqə saxlaya bilər.