Sosial iqtisadiyyat

Azərbaycanın ən yaxşı ixracatçılarının adları açıqlanıb

Bu ilin yanvar-aprel ayları üzrə Azərbaycanın ən yaxşı ixracatçılarının adları açıqlanıb.

"ENA" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nda bildirilir.

Sənədə əsasən, həmin özəl şirkətlər aşağıdakılardır: "MKT İstehsalat Kommersiya" MMC, "P-Aqro" MMC, "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, "Baku Steel Company", "Sun Food" MMC, "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC, "Metal Trader LTD" MMC, "Ram Beynəlxalq Nəqliyyat və Ticarət LTD" MMC, "Critical Fruit” və “Aqrovest” MMC.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə Dövlət Neft Şirkətinə (SOCAR) “Socar Polymer” MMC və Şirkəti Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra bu siyahıda "Azəralüminium" MMC, "Azergold" QSC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərenerji" ATSC, "Azərbaycan Dəmir Yolları" QSC, "Caspian Geo" MMC, "Azəripək" MMC, Naxçıvan MR Dövlət Energetika Xidməti təmsil olunur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)