Bank

Səhmdar kapitalını “yeyən” toplanmış mənfəət/zərər – 26 BANK ÜZRƏ RENKİNQ

Bu ilin birinci rübündə zərər açıqlayan Azərbaycan banklarının sayı azaldı. Bu isə bank sektorunda toplanmış ümumi bölüşdürülməmiş zərərin azalmasına səbəb olur. Bankların mənfəətlə çıxması nəticədə əvvəlki illərdən toplanmış zərərləri də azaltdığından ümumi sektor üzrə vəziyyətin getdikcə düzəlməsinə əminlik böyükdür. ENA.az xəbər verir ki, 2021-ci il aprelin 1-nə 26 bankdan 8 bankın il ərzində açıqladıqları zərər toplanaraq bölüşdürülməmiş mənfəətdə (zərərdə) öz əksini tapıb. Rəqəmlərin müqayisəsini aparsaq görərik ki, ötən 9 ayda zərər açıqlayan bankların sayı olduğu kimi qalıb, lakin yuxarıda dediyimiz kimi həcmi bir qədər kiçilib.

Onu vurğulamaq yerinə düşər ki, bölüşdürülməmiş mənfəətin olması bankın maliyyə dayanıqlığını artırır, səhmdarlara əlavə dividend qazandırırsa, "bölüşdürülməmiş mənfəət" qrafasında zərərin toplanması isə əksinə səhmdar kapitalının “yeyilməsi” deməkdir. Yəni, əgər nizamnamə kapitalı 70 milyon manatdırsa və bankın 34 milyon manat zərəri toplanıbsa, bu o deməkdir ki, səhmdarın 36 milyon manat kapitalı var. 

Ən şox mənfəəti toplanan banklar

ENA.az olaraq Azərbaycanda fəaliyyət göstərən 26 bankın bölüşdürülməmiş Mənfəəti (Zərəri) üzrə renkinqini təqdim edirik.

Cədvələ əsasən, bölüşdürülməmiş mənfəət üzrə TOP-5 banklar bunlardır: Kapital Bank, Paşa Bank, Xalq Bank, Azərbaycan Sənaye Bankı, Yapı Kredi Bank Azərbaycan. Azərbaycanın dövlət bankı olan ABB-nin 2019-cu ilin 3-cü rübünün sonuna 171 milyona yaxın bölüşdürülməmiş mənfəəti toplanmışdı və hazırda 11 milyon 905 min manata düşüb. Görünür ki, dövlət bankı dividend ödənişlərini həyata keçirdiyindən bölüşdürülməmiş mənfəəti azalıb. 

Ən çox zərəri toplanan banklar

Renkinq üzrə Azərbaycanda bölüşdürülməmiş mənfəətdə zərərin məbləğinə görə TOP-5 bankın sıralaması ilə belədir: Yelo Bank, VTB -Azərbaycan ASC, Accessbank QSC, Unibank ASC, Bank Melli İran Bakı filialı.

Bankın böyük zərər göstərməsi isə qeyd etdiyimiz kimi onun kapitalını azaldır. Nümunə üçün qeyd edək ki, VTB -Azərbaycan ASC-nin nizamnamə kapitalı 315 milyon 815 min manat olduğu halda məcmu kapitalı cəmi 60 milyon 350 min manatdır. 

Bankların Mənfəət/Zərər üzrə Renkinqi: 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)