Sosial iqtisadiyyat

Milli Məclisdə Şuşa ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılır

Bu gün Milli Məclisdə “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq.

Məlumata görə, sənəd parlamentin Mədəniyyət, Hüquq siyasəti və dövlət quruculuğu, İqtisadi siyasət, sənaye və sahibkarlıq və Regional məsələlər komitələrinin birgə iclasında müzakirə olunacaq.

Daha sonra isə qanun layihəsinə birinci oxunuşda Milli Məclisin sabah - mayın 25-də keçiriləcək plenar iclasında baxılacaq.

Sənəd üç oxunuşda müzakirə olunacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)