“CPM-İnvest İnvestisiya Şirkəti” səhmdarını açıqlayıb
Bu ilin yanvar ayında yaradılmış və ötən ay Azərbaycan Mərkəzi Bankından lisenziya almış “CPM-İnvest İnvestisiya Şirkəti” QSC səhmdarını açıqlayıb.
Bu barədə maliyyə qurumunun direktoru Nəriman Hadıyev məlumat verib.
Onun sözlərinə görə, nizamnamə kapitalı 400 min manat olan “CPM-İnvest”in səhmləri 100% 1 fiziki şəxsə - Kəmalə Məmmədovaya məxsusdur. O, uzun illər BP şirkətində çalışıb, bu ildən isə qiymətli kağızlar bazarında fəaliyyət göstərməyə qərar verib.