Naxçıvanda orta aylıq əməkhaqqı artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da orta aylıq əməkhaqqı 536,3 manat təşkil edib.
“ENA” bu barədə yerli Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 % çoxdur.