Axtar

Neft Fondu valyuta satışını 40%-dək azaldıb

Bu ilin yanvar-aprel aylarında Dövlət Neft Fondu (ARDNF) 1 mlrd 989,8 mln ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.

“ENA” Fonda istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 39,8% azdır.

Təkcə aprel ayında isə ARDNF-in valyuta satışının məbləği 509,9 milyon ABŞ dolları təşkil edib. Bu isə ötən ilin aprel ayına nisbətən 4% azdır.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33