Axtar

"Şahdağ Turizm Mərkəzi"nin rəhbəri yenidən azərbaycanlı oldu

Dövlət Turizm Agentliyi yanında “Şahdağ Turizm Mərkəzi” QSC-nin İdarə Heyətinə yeni sədr təyin edilib.

“ENA” xəbər verir ki, bu, Səid Salayevdir. O, vaxtilə Mingəçevir Turizm Kollecinin direktoru olub və "Şahdağ Turizm Mərkəzi"nin sədri vəzifəsində 2018-ci ilin sonunda təyin olunmuş Almaniya vətəndaşı Rodderix Mark Leffleri əvəz edib.

Xatırladaq ki, “Şahdağ Turizm Mərkəzi” 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 546,776 milyon manatdır. Şahdağ milli parkının yaxınlığında salınmış kompleks Azərbaycanda ilk və ən böyük dağ-xizək kurortudur.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33