Axtar

AZAL Türkiyənin 2 şəhərinə uçuşları dayandırır

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Türkiyənin paytaxtı Ankaraya, eləcə də İstanbul şəhərinə uçuşları müvəqqəti dayandırır.

“ENA” xəbər verir ki, Bakı - Ankara - Bakı aviareysləri (J2 103/104) aprelin 29-dan mayın 13-nə qədər, Bakı - İstanbul - Bakı aviareysləri (J2175/176) aprelin 29-dan mayın 16-na qədər yerinə yetirilməyəcək.

Bununla yanaşı, mayın 12-nə planlaşdırılan Bakı - Antalya - Bakı aviareysi (J2 125/126) də baş tutmayacaq.

Buna səbəb təlabatın az olmasıdır. Sərnişinlər aldıqları aviabiletləri "Türk Hava Yolları" şirkətinin reyslərinə dəyişə bilərlər. Bununla yanaşı, aviabiletləri cəriməsiz AZAL-ın istənilən tarixə olan reysinə dəyişdirmək və yaxud qaytarmaq da mümkündür.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33