Axtar

Putin dost olmayan ölkələr barədə fərman imzaladı

Rusiya Prezidenti Vladimir Putin xarici dövlətlərin dost olmayan hərəkətlərinə qarşı tədbirlərin görülməsi barədə fərman imzalayıb.

ENA.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Fərmanla müəyyən edilmiş tədbirlərin tətbiq ediləcəyi dost olmayan ölkələrin siyahısının müəyyən edilməsi barədə Rusiya hökumətinə tapşırıq verilib.

"Rusiya Federasiyasına, Rusiya Federasiyası vətəndaşlarına və ya Rusiyanın hüquqi şəxslərinə qarşı dost olmayan hərəkətlər edən xarici ölkələrin diplomatik nümayəndəliklərinin və konsulluq idarələrinin, dövlət orqanlarının nümayəndəliklərinin Rusiya Federasiyası ərazisində yerləşən fiziki şəxslərlə əmək münasibətlərinin meydana çıxdığı mülki hüquqi müqavilələrin təmin edilməsi məhdudlaşdırılsın", - deyə Kremlin yaydığı sənəddə qeyd olunub.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33