Sosial iqtisadiyyat

Dövlət Miqrasiya Xidməti ndənAzərbaycanda yaşayan əcnəbilərə XƏBƏRDARLIQ

Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycanda müvəqqəti olma müddəti uzadılmış əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərə xəbərdarlıq edib.

Qurumdan bildirilib ki, COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə dövlət sərhədində giriş-çıxışa tətbiq edilmiş məhdudiyyət nəzərə alınaraq, ölkə ərazisində olan və məlum səbəblərdən ölkəni tərk edə bilməyən əcnəbilərin müvəqqəti olma müddəti (müvafiq dövlət rüsumu ödənilməklə) Dövlət Miqrasiya Xidməti tərəfindən uzadılıb:

"Lakin bu qəbildən olan əcnəbilərin bir qismi müxtəlif səbəblərdən qeydiyyata alındıqları ünvanda yaşamır, yeni olduğu yer üzrə qeydiyyatla bağlı qanunvericiliyin tələblərini pozurlar. Bu kimi hallara yol verməmək üçün müvəqqəti olma müddəti uzadılmış və olduğu yer üzrə ünvanını dəyişmiş əcnəbilərin 23.04.2021-ci il tarixdən etibarən 10 gün müddətində yeni olduqları yer üzrə qeydiyyat məlumatlarını elektron qaydada və ya elana əlavə edilmiş ərizəni doldurmaqla “ASAN xidmət” mərkəzlərinə, belə mərkəzlər olmayan yerlərdə isə regional miqrasiya idarələrinə təqdim etmələri tələb olunur".

DMX-dən bildirilib ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bir yerdən başqa yerə getdikdə olduğu yer və yaşayış yeri üzrə qeydiyyat qaydalarına əməl etməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 575.1.5-ci maddəsi ilə inzibati məsuliyyətə səbəb olur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)