BİZNES

Smolensk şirkətləri Azərbaycana məhsul ixracına başlayıb

Rusiyanın Smolensk vilayətinin şirkətləri məhsullarını Azərbaycandakı müştərilərinə tədarük etməyə başlayıb.

“ENA” Rusiya KİV-lərinə istinadən xəbər verir ki, nəmişliyə davamlı sement-perlit lövhələrin istehsalçısı “Treyd Profi” şirkəti bu lövhələri bina tikintisi üçün Bakıdakı müştərisinə ixrac edir.

“Treyd Profi” öz texnologiyasından istifadə edərək bənzərsiz bir məhsul istehsal edir. Belə lövhələrdən karkas və panel tikintisində istifadə edilə bilər.

Şirkətin ixracata regional dəstək mərkəzinin bildirdiyinə görə, “Treyd Profi” 70 min dollarlıq ilk yükü müştərisinə göndərib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)