Axtar

Azərbaycana avtomobil gətirilməsi azaldı

2021-ci ilin yanvar-mart aylarında Azərbaycana $157 milyon 999,05 min dəyərində (azalma 6,9%) 15,539 min ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, idxal olunan avtomobillərin sayı 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,3% azalıb.

Hesabat dövründə respublikaya gətirilən avtomobil nəqliyyatı vasitələrinin böyük hissəsi – $132 milyon 719,74 min dəyərində (azalma 5,5%) 14,219 min ədəd avtomobil (azalma 1,4%) sərnişin daşımaları üçün minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb. Həmçinin $722,11 min dəyərində 17 ədəd elektrokar və $10 milyon 285,46 min dəyərində 1,831 min ədəd hibrid avtomobil gətirilib.

Bundan başqa, yanvar-mart aylarında ölkəyə yük daşımaları üçün nəzərdə tutulmuş $16 milyon 923 min dəyərində 1,249 ədəd motorlu nəqliyyat vasitəsi (artım 28,5%), o cümlədən $3 milyon 958,87 min dəyərində 31 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsi (azalma 16,2%) gətirilib.

Hesabat dövründə respublikaya 10 və daha artıq şəxsin daşınması üçün $4 milyon 397,44 min dəyərində 40 ədəd motorlu nəqliyyat vasitəsi (azalma 39,4%) gətirilib

2020-ci ildə Azərbaycana $647 milyon 596,79 min dəyərində 53,729 min ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33