Avtomobil

Paytaxtda bu yol 3 gün bağlı olacaq - XƏBƏRDARLIQ

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Bakı Dairəvi avtomobil yoluna çıxış hissədə (estekadadan YDM-dək) hərəkət məhdudlaşdırılacaq.

ENA.az xəbər verir ki, təmir işləri ilə əlaqədar həmin ərazidə 19 aprel saat 08:00-dan 21 aprel saat 22:00-dək nəqliyyat vasitələrinin hərəkəti qadağan ediləcək.

Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)