Paşinyan: “Bu maddələri dünən rəsmi Bakıya təqdim etdik”
![](https://ena.az/uploads/news/2024-08/_ena_86411d00bff4bea687ee79412_o.jpg)
“Ermənistan Azərbaycanı sülh sazişini imzalamağa və ratifikasiya etməyə dəvət edib”.
ENA.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında bildirib.
“Sülh müqaviləsinin 17 maddəsinin 13-ü, eləcə də müqəddiməsinin üçü qismən razılaşdırılıb. Bütün bu maddələri sülh sazişi kimi biz dünən rəsmi Bakıya təqdim etdik”, - deyə o, qeyd edib.
Baş nazirin sözlərinə görə, bu, mümkündür, çünki Ermənistan və Azərbaycan arasında sülhün bütün fundamental prinsipləri orada qeyd olunub.