“KİA Azerbaijan”ın rəhbəri dəyişdi
“KİA Motors AZ” MMC-nin baş icraçı direktoru dəyişib.
Məlumata görə, 2014-cü ildən bu tərəfə şirkətə rəhbərlik etmiş Əşrəf Səfərov Səxavət oğlu vəzifəsindən gedib.
Onu bu vəzifədə qardaşı Faiq Səfərov Səxavət oğlu əvəz edib.
Faiq Səfərov 2009-2014-cü ilərdə rəsmən bu şirkətin icra orqanına rəhbərlik edib.
Xatırladaq ki, “KİA Motors AZ” MMC 2005-ci ildə yaradılıb və 2400 manat nizamnamə kapitalı var. “Kia Azərbaycan” 2005-ci ildən Cənubi Koreyanın ilk avtomobil istehsalçısı olan Kia korporasiyasının Azərbaycanda rəsmi distribüteri olaraq fəaliyyətə başlayıb.