Neftdə geosiyasi vəziyyət - (23.08.2024)
Neft, əsasən, tələb narahatlığı səbəbindən mənfi həftəlik göstərici əldə edib. Həftənin son ticarət günündə Brent nefti 77 dollar civarında, ABŞ xam nefti isə 33 dollar ətrafında üfüqi istiqamətdədir.
Hazırda Brent ötən sessiya qiymətlərindən 0,12% artaraq 77,31 dollara ticarət edirlir.
Bu həftə neft bazarında tələbin gözlənilməsi ilə yanaşı məhsul qiymətlərindəki eniş də qiymətlərə təzyiq göstərib.
Qəzza ilə bağlı atəşkəs danışıqları da bazarın əsas mövzularından biri olub. Xüsusilə Misirin paytaxtı Qahirədə keçirilən danışıqlara diqqət yetirilib.
Ağ Evin sözçüsü Karine Jean-Pierre, rəsmilərin Qəzzada atəşkəs razılaşmasına nail olmaq üçün "həftə sonundan əvvəl" Misirin paytaxtı Qahirədə görüşəcəklərini açıqlayıb.
Mətbuat katibi Jean-Pierre gündəlik mətbuat konfransında Qəzzadakı atəşkəs danışıqlarından danışıb.
Jean-Pierre bildirib ki, “yuxarı rəsmilər” Qəzzada atəşkəs razılaşmasına nail olmaq üçün “həftə sonundan əvvəl” Qahirədə görüşəcəklər.
Mümkün razılaşmanın Qəzza xalqı üçün fövqəladə rahatlıq təmin edəcəyini və humanitar yardımın Qəzzaya çatacağını ifadə edən Jean-Pierre, "Bu razılaşmanı tamamlamağın vaxtıdır və hazırda masada olanlar bunu təmin etmək məqsədi daşıyır" deyib.
Jean-Pierre, bu razılaşmanı əldə etmək üçün çox çalışdıqlarını və prezident Co Baydenin regional liderlərlə "məşğul olduğunu" söyləyib.
İsrail və HƏMAS arasında Qəzza zolağında əsirlərin mübadiləsi və atəşkəsin əldə edilməsi məqsədilə 15-16 avqust tarixlərində Qətərin paytaxtı Dohada danışıqlar aparılıb.
Tərəflərin gələn həftə Misirin paytaxtı Qahirədə atəşkəs danışıqlarını davam etdirəcəyi bildirilib.
Morgan Stanley analitikləri gələcək rüblər üçün neftdə qiymət proqnozlarını azaldıb: “Yaydan sonra tələbin yavaşlayacağını və dördüncü rübdən başlayaraq həm OPEC, həm də qeyri-OPEC ölkələri təklifinin artacağını nəzərə alsaq, 2025-ci ildə balansın yumşalacağını və profisitə çevriləcəyini proqnozlaşdırırıq”, - deyə hesabatda qeyd olunub.