Axtar

Alüminiumun qiyməti üç ilin ən yüksək səviyyəsinə çatıb

Alüminiumun qiyməti artaraq, təxminən, üç ilin ən yüksək səviyyəsinə çatıb.

“ENA” “Prime” agentliyinə istinadən xəbər verir ki, Çikaqo Ticarət Birjasında alüminiumun iyun fyuçerslərinin dəyəri 2 313,75 ABŞ dollarına yüksəlib. Bu 2018-ci ilin iyunun 11-dən bəri ən yüksək göstəricidir.

London Metal Birjasında (LME) tədarükü üç ay sonra nəzərdə tutulan alüminiumun bir tonunun qiyməti 1.37% artaraq 2 293 dollara yüksəlib. Bir qədər öncə bu göstərici 2 304 dollar olub ki, bu da 2018-ci ilin iyunundan bəri ən yüksək qiymətdir.

Bu arada misin dəyəri 0.43% artaraq 8 899.5 dollar təşkil edib. Sink isə 1% bahalaşıb və bir tonu 2 785,5 dollara satılıb.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33