Dünya birjalarında neft bahalaşıb (11.07.2025)

Londonun ICE birjasında "Brent” markalı neftin fyuçerslərinin qiyməti 0,28 faiz artaraq barreli 68,83 dollar olub.
ENA.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin bir barelinin qiyməti isə ABŞ xam nefti (WTI) 0,39 faiz bahalaşaraq barreli 66,83 dollar olub.
Neft əvvəlki sessiyada ABŞ prezidenti Donald Trampın iqtisadi artıma zərər vuracağı gözlənilən yeni tarifləri və OPEC-in tələbat proqnozlarını azaltması ilə bağlı 2 faizlik enişdən sonra sabit qalıb.
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) cümə axşamı dərc edilən 2025-ci il üçün Dünya Neft Görünüşü hesabatında Çində tələbatın azalması səbəbindən 2026-2029-cu illər üçün qlobal neft tələbi proqnozunu aşağı salıb.
OPEC 2026-cı ildə qlobal tələbatın orta hesabla sutkada 106,3 milyon barel olacağını proqnozlaşdırır. Bu rəqəm keçən ilki proqnozda 108 milyon bareldən aşağı idi.
ABŞ prezidenti Donald Tramp cümə axşamı günü avqustun 1-dən Kanadadan idxal olunan mallara 35 faizlik gömrük rüsumunun tətbiq ediləcəyini açıqlayıb. O, həmçinin bir çox digər ticarət tərəfdaşlarına qarşı 15 faiz və ya 20 faizlik ümumi tariflərin tətbiqinin planlaşdırıldığını bildirib.