Axtar

İngiltərənin baş naziri evini kirayəyə vermək qərarına gəldi

İngiltərənin baş naziri Boris Conson Oksfordşirdəki kottecini kirayəyə vermək qərarına gəlib.

ENA.az “Forbes.ru”ya istinadən xəbər verir ki, bu barədə “Strutt&Parker” daşınmaz əmlak agentliyinə istinadən “The Times” yazıb.

Qeyd edildiyi kimi, kirayə haqqı ayda £4250 (təxminən $5800) olacaq. Evdə dörd yataq otağı, hovuz və tennis kortu var. Elanda minimum kirayə müddətinin 12 ay olduğu bildirilir.

Fotoşəkillərdən göründüyü kimi, ev əşyasız kirayəyə verilir. Elanda həmçinin ev heyvanlarına icazə olduğu deyilir.

Xatırladaq ki, Boris Consonun evinin qiyməti təxminən £1,2 milyon ($1,65 milyon) təşkil edir. O, evini 2003-cü ildə keçmiş həyat yoldaşı ilə birlikdə £690 000 ($950 000) qiymətinə alıb. 2019-cu ildən başlayaraq, Boris Conson həyat yoldaşı Kerri Saymonds ilə birlikdə Dauninq-stritdə yaşayır. Conson kottecdə təhlükəsizlik protokollarına görə yaşaya bilmədiyini söyləyir.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33