Sağlamlıq

Koronavirusa qarşı dərmanının 81% qoruyucu olduğu açıqlandı

ABŞ-ın əczaçılıq şirkəti "Regeneron"un yeni növ koronavirusa (Covid-19) qarşı inkişaf etdirdiyi "Regen-Cov" adlı "anticisim kokteylinin" infeksiyaya qarşı 81% qoruyuculuq təmin etdiyi açıqlanıb.

ENA xəbər verir ki, söz mövzusu kokteyl, keçmiş ABŞ Prezidenti Donald Trampın müalicəsində də istifadə edilmişdi.

Şirkətin yaydığı açıqlamya görə, "Regen-Cov"un 3-cü faza test nəticələrinin Covid-19-a yoluxan xəstələrdə ilk həftədə 72%, sonrakı həftələrdə 93% təsirli olduğunu göstərib.

Açıqlamada, "Regen-Cov"un dəri altından tətbiq olunması halında isə Covid-19-a yoluxma riskini 81% azaltdığı qeyd edilib.

"Regen-Cov"un hələ Covid-19 peyvəndi olmamış və ya immunitet sistemindəki zəiflik səbəbilə peyvəndin kafi dərəcədə təsirli olmadığı yüksək riskli qruplar üçün əhəmiyyətli bir inkişaf olduğu bildirilir.

Dərmanın istifadəsi üçün ABŞ Qida və Dərman Agentliyiə (FDA) müraciət ediləcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)