Sosial iqtisadiyyat

İqtisadiyyat naziri: "I rübdə sosial ödənişlər 107 milyon manat çox olub"

Bu ilin I rübündə məcburi dövlət sosial sığorta ayırmaları üzrə büdcəyə 895 milyon manatdan artıq vəsait daxil olub.

“ENA” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

"Bu, nəzərdə tutulandan 107 milyon manat çoxdur. Əlavə daxilolmanın 75,1 milyon manatı qeyri-büdcə təşkilatlarının payına düşür. Əmək bazarında şəffaflıq artır”, - nazir qeyd edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department