Dövlət sığorta şirkəti 2020-ci ili necə başa vurub? - HESABAT
Azərbaycan dövlət kommersiya sığorta şirkəti Azərsigorta-nın 2020-ci ili 1 milyon 918 min 934,1 manat xalis mənfəətlə başa vurub. 2019-cu ildə şirkətin xalis mənfəəti 1 milyon 880 min 630,33 manat təşkil edirdi, yəni 2020-ci ildə Azərsigorta xalis mənfəətini 2% artırıb.
İllik maliyyə hesabatına görə, 2020-ci il üçün şirkətin gəlirləri 82 milyon 102 min 369,89 manat təşkil etmişdir. Sığorta haqları daxil olmaqla 55 milyon 757.064 min manat olub ki, bu 2019-cu illə müqayisədə 12.2% artım deməkdir. Təkrar sığortaçının sığorta ödənişlərindəki payı - 22 milyon 311.271 min manat, təkrarsığorta üçün vəsait köçürməsindən alınan komissiyalar - 3 milyon 762.727 min manat, investisiya gəliri - 192,32 min manat təşkil edib.
Şirkətin son bir ildəki xərcləri 80 milyon 183 min 435,79 manatdır. Sığorta ödənişlərinin həcmində 2,2 dəfə artım baş verib və 33 milyon 546.726 min manat olub. Təkrarsığortaya köçürülən risklər - 34 milyon 175.928 min manat, sığorta işinin aparılması xərcləri - 9 milyon 868.346 min manatdır.
2020-ci ildə şirkətin aktivləri 52,5% artaraq 54 milyon 525,42 min manata, öhdəlikləri 1,9 dəfə yüksələrək 35 milyon 774,856 min manata, kapitalı 6,1% aratarq 18 milyon 750,563 min manata çatıb.
2020-ci ildə banklarda əmanət şəklində yerləşdirilən vəsaitin həcmi 38,7% azalaraq 2 milyon 52 896 manat təşkil edib.
Qeyd edək ki, Azərsığorta 1991-ci ildə yaradılıb. Şirkət sığorta mükafatı və sığorta ödənişlərinin həcminə görə Azərbaycanın aparıcı beş şirkətindən biridir. Nizamnamə kapitalı 9 milyon manat təşkil edir.