Elm və Texnologiya

Selçuk Bayraktar Bakıda dünyanın ən böyük hava texnologiya festivalının keçirilməsini istəyir

“Qarabağ məsələsi içimizdə 30 ildir ki, qanayan bir yara idi. Mühəndislər olaraq bu zəfərdə payımızın olması bizim üçün ən böyük şərəfdir”.

Bunu Azərbaycanda səfərdə olan Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar deyib.

O bildirib ki, Bakıya gəlməsində əsas səbəblərindən biri də Bakıda dünyanın ən böyük hava texnologiya festivalı – Texnofestin təşkil olunmasıdır.

“Azərbaycana ziyərətimizin səbəblərindən biri də Texnofest festivalın keçirilməsidir. Bunu Azərbaycanda etmək və səlahiyyətli şəxslərin diqqətinə çatdırmaqdır”, - o bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)