Sağlamlıq

Türkiyə istehsalı olan vaksinin sınaq tarixi açıqlanıb

“Apreldə yerli vaksinin insan üzərində sınağı başlayacaq”.

“ENA” “Hurriyet”ə istinadən xəbər verir ki, bunu Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank bildirib.

Onun sözlərinə görə, yerli vaksinin klinikadan əvvəlki mərhələsi uğurla tamamlanıb: “Aprelin 1-dən insan üzərində onu sınaqdan keçirəcəyik. Vaksinin Türkiyə Əczaçılıq və Tibbi Cihazlar İdarəsi tərəfindən təsdiqlənməsi gözlənilir”.

Nazir Türkiyənin sənaye və vaksin sahəsində böyük inkişafa malik olduğunu da vurğulayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)