“Ziraat Bank”ın rəhbərliyinə - YENİ TƏYİNAT
Türkiyənin ən böyük bankı, dövlətə məxsus “Ziraat Bank”ın baş direktoru Hüseyn Aydın vəzifəsini tərk edib. Onun yerinə Alparslan Çakar təyinat alıb. O, indiyə qədər Bankın Pərakəndə bankçıllıq departamentinin baş direktorunun köməkçisi olub. Bu barədə qərar Bankın səhmdarlarının növbəti ümumi yığıncağında qəbul olunub.
H.Aydının isə bundan sonra Türkiyə Banklar Birliyinə də rəhbərlik etməyəcəyi bildirilir.
Türkiyənin ODA TV-sinə danışan H.Aydın isə belə deyib: "Mən istefa vermirəm, vəzifəmi başqa birinə həvalə edirəm. Bu, normal prosesdir".
O, həmçinin yeni vəzifəsi ilə bağlı suala cavab olaraq gələcəkdə açıqlama veriləcəyini deyib.
Xatırladaq ki, 2014-cü ildən “Ziraat Bank”ın Azərbaycanda törəməsi ("Zıraat Bank Azərbaycan" ASC) fəaliyyət göstərir.