Özəldə işləyənlər dövlətdə işləyənlərdən 60% çox maaş alırlar
2018-ci ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,8 faiz artaraq 540 manat təşkil etmişdir.
“BI” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, əməkhaqqı neft sektorunda 3014,9 manat, qeyri-neft sektorunda 483,6 manat təşkil etmişdir.
Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 429,7 manat, özəl müəssisələrdə isə 688,5 manat olmuşdur (özəl sektor 60% daha çox maaş alır).
Ən yüksək əməkhaqqı özəl mədənçıxarma (4048,3 manat), peşə, elmi və texniki fəaliyyət (2037,4 manat), maliyyə-sığorta (1463,6 manat), informasiya və rabitə sektorundadır (1250 manat).