Dövlət büdcəsində artıqlıq yaranıb
Bu ilin yanvar-noyabr aylarında dövlət büdcəsinin gəlirləri 20 milyard 144,7 milyon manat, xərcləri 19 milyard 670,1 milyon manat təşkil edib.
“BI” bu barədə Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən xəbər verir.
Məlumat əsasən büdcənin icrasında 474,6 mln. manatlıq və yaxud ümumi daxili məhsulun (ÜDM) 0,7%-i qədər profisit yaranıb.