Vakansiyalar

Bu şirkətlərdə İŞ VAR - 10 VAKANSİYA

VAKANSİYA 1

Universal Təchizat ASC

Planlama üzrə mütəxəssis

Əmək haqqı: 600 – 800 AZN

İş barədə məlumat:

• Şirkətdə strateji iqtisadi planlaşdırma üzrə işləri yerinə yetirir,
• Şirkətin istehsal-təsərrüfat və sosial inkişafının perspektiv və illik planlaşdırılması üçün ilkin məlumatları hazırlayır,
• Proqnoz və marketinq tədqiqatları əsasında müəyyən edilmiş məlumatlara əsaslanaraq planlaşdırmanı həyata keçirir,
• Planlaşdırmanın nəticələrini struktur vahidlərinin nəzərinə çatdırır,
• Planın müvafiq bölmələrinə bazar konyukturu, rəqabət və s. nəticəsində səbəb olmuş dəyişiklikləri vaxtında edir,
• Öz səlahiyyətləri həddində firma və təşkilatlarla əməkdaşlığı təşkil edir,
• Şirkəti maraqlandıran firma və təşkilatlar haqqında məlumat yığır və təhlil edir,
• Gündəlik işin nəticələrini təhlil edir,
• Satışın stimullaşdırılması sahəsində mütərəqqi təcrübəni öyrənir və ümumiləşdirir.

Tələblər:

• Ali təhsil (Maliyyə və iqtisadiyyat sahəsində),
• Kompüter proqramlarında sərbəst işləmək bacarığı,
• Analitik düşünmə bacarığı,
• Şirkətdə planlaşdırma işinin təşkili,
• Biznes-planların hazırlanma qaydalarını bilməli,
• Hesabatların tərtib edilməsi qaydalarını və s.

CV göndərərkən mövzu qismində "Planlama üzrə mütəxəssis" sözünün yazılması mütləqdir.

E-mail: nigar986@mail.ru

 

VAKANSİYA 2

Vəzifə- Mağaza direktoru
İşəgötürən: “VİVA DESSERTS” MMC

Əsas vəzifə və öhdəliklər:

- Mağazanın səmərəli işinin təşkili;
- İşçi heyətin idarə olunması;
- Müştəri xidmətinin uyğun keyfiyyətini təmin etmək;
- Malların keyfiyyətinə və təhlükəsizliyinə nəzarət;
- Satış planının yerinə yetirilməsini təmin etmək;
- Malların qəbulu və qaytarılmasına nəzarət;
- Hesabatların aparılması (həftəlik, aylıq,rüblük);
- Mağaza işçilərinin işinin planlaşdırılması;
- Satışların təşkili və inkişafı;
- Alıcıya təklif olunan malların çeşidlərinə və keyfiyyətinə nəzarət;
- Malların ticarət standartlarına uyğun olaraq təqdim olunmasına nəzarət;
- Müştərinin tələbatlarını təmin etmək üçün şirkətin standartlarına riayət olunması;

Namizədə aid tələblər:

- 25-45 yaş arasında;
- Ali təhsilli olması;
- Microsoft Office, 1C üzrə mükəmməl bilikləri;
- Səlis azərbaycan və rus dili bilikləri;
- Analoji vəzifədə ən azı 3 il iş təcrübəsi;
- Diqqətli, məsuliyyətli,komandada işləmək bacarığı;
- Müştəri yönümlülük,dəqiqlik, detallara fikir vermək qabiliyyəti;

İş şəraiti:

- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Sınaq müddəti- 3 ay;
- Əmək haqqı: 600-800 AZN + bonus+ nahar şirkət tərəfindən təqdim olunur;
- İş rejimi-bir gündən bir 08:30 –dan - 22:00-dək.

E-mail: e.kerimov@vivadessert.azCV göndərərkən mövzu yerinə vakansiyanın adı qeyd olunsun.

 

VAKANSİYA 3

SOCAR Polymer

VACANCY ANNOUNCEMENT

POSITION DETAILS

Title: CONTRACTS SPECIALIST
Department: PSCM
Location: Sumgait

JOB SUMMARY

This position is responsible for drafting, negotiating and managing contracts; for provision of contract related advise to internal departments; resolving problems associated with ambiguous contract provisions, and interpretation of the contractual terms.

JOB DUTIES

• Drafting different type of contracts (construction, service, purchase)
• Preparation of full package of Contract (Scope of Work, HSE rules and etc.) for tender
• Review contract terms and conditions to verify compliance with company policy and for the purpose of minimization of risks
• Drafting appendixes to the existing contract
• Holding contractual negotiations
• Clarifying all technical and other issues with relevant department during the contract negotiation process
• Seek management approval of final version of the contract, archiving it after execution, and submitting the executed version to the relevant PSCM personnel for further contract management.
• If required, manage implementation and performance of the contract after award
• Solving the contractual issues arised during the execution of the contract.

REQUIREMENTS

Functional

• Considerable knowledge of commercial law
• Having knowledge of international contract management practice
• Works well with minimal supervision
• Commercial awareness
• Good MS Office skills.
• Organizational skills
• Strong teamwork skills
• Strong communication skills
• Strategic thinking and analysis skills
• Strong network building and relationship management skills
• Influencing and persuasion skills
• Contract management
• Good problem-solving skills with a tenacity to seek continuous improvement.
• Ability to react quickly in urgent environment
• Detail Oriented.
• Confidentiality

Education and experience

• University education (preferably in Law degree, or maybe Business management, project management, econoby and etc. with strong knowledge of commercial law)
• Knowledge of commercial law
• Work experience in the relevant field 1-3 years.
• Language skills: knowledge of holding negotiations easily and drafting the contracts in Azerbaijan and English languages is required. Knowledge of Russian is desirable, but will not establish a priority for the candidate.

APPLICATION PROCEDURE

Interested candidates should follow the link below:
https://socarpolymer.az/en/career/experienced-professionals/

The above vacancy is addressed to nationals of Azerbaijan or with permanent residency in Azerbaijan. All eligible applications for the advertised post will be assessed and given equal opportunities.

Application closing date: 15 April 2021

 

VAKANSİYA 4

JOB TITLE: Satış üzrə mütəxəssis
EMPLOYER : Smile MMC

İş barədə məlumat

- Müştəri məmnuniyyətini yüksək səviyyədə qorumaq və təmin etmək, müştərilərə yüksək səviyyəli xidmət göstərmək, onlara seçim üçün optimal şərait yaratmaq, məsləhətlər vermək, alış üçün seçim variantları təklif etmək
- Kollektivdə mehriban və məsuliyyətli olmaq, komanda işi nümayiş etdirmək
- Satışla bağlı qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqında məlumatı öyrənmək və satış zamanı tətbiq etmək
- Marketinq və satışa dair planlama və hesabatlar
- Bazar araşdırması, təhlili və tələblərin təyin edilməsi
- İş qrafiki: Həftənin 5 günü 09:00-dan 18:30-dək. Şənbə və bazar istirahət günləridir.
- Əmək haqqı 500 AZN.

Namizədə tələblər

- Yalnız qadınlara üstünlük veriləcək.
- Satış sahəsində iş təcrübəsi olanlara üstünlük veriləcək
- Yaş həddi 20-35 yaşlarında namizədlər
- Ali təhsilli
- Azərbaycan və rus dillərində sərbəst yazmalı, oxumalı, danışmalı (ingilis dili arzuolunandır)
- Səlis danışıq, izah etmə bacarığı və nitq mədəniyyəti olmalı
- İş həyatında dinamik və aktiv olmalı, məsuliyyətli, çalışqan
- Kollektivdə işləmə bacarığı , dəqiqlik
- İş təcbrübəsi 1 ildən çox olmalıdır

CV-lər cv@smile-az.com mail ünvanına göndərilməlidir.

 

VAKANSİYA 5

PASHA Life

Vakansiya haqqında məlumat:

Struktur bölmə: Maliyyə departamenti, Hesabatlılıq şöbəsi
Vəzifə: Hesabatlılıq şöbəsinin baş mütəxəssisi
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi): 09:00 – 18:00
Son müraciət tarixi: 31 mart 2021

Vəzifə Öhdəlikləri:

- Hesabatların hazırlanması zamanı istifadə edilən məlumatların dəqiqliyini və dolğunluğunu təmin etmək;
- Hesabatların hazırlanması və təqdimatı üzrə ən qabaqcıl təcrübələri araşdırmaq, tərtibat üçün Cəmiyyətin ehtiyaclarına ən uyğun olanını seçmək və təklif etmək;
- Hesabatların hazırlanması prosesində təşkilati-informasiya dəstəyinin verilməsini həyata keçirmək;
- Hesabatların hazırlanmasının effektivliyinin təmin olunması məqsədilə öz səlahiyyətləri çərçivəsində digər struktur bolmələrlə əməkdaşlıq etmək;
- İllik büdcənin hazırlanmasında iştirak etmək;
- Rüblük əsasda budcə-fakt təhlillərini aparmaq;
- Rüblük əsasda il sonu büdcə proqnozlarını hazırlamaq;
- Cəmiyyətdə xərclərin məhsullar və xərc əmsalları uzrə bölgüsünü təşkil etmək

Namizədə olan tələblər:

İş təcrübəsi: Hesabatlılıq sahəsi üzrə 2 illik iş təcrübəsi
Təhsili/ixtisası: Maliyyə, mühasibatlıq, riyaziyyat ixtisasları üzrə bakalavr dərəcəsi.
Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili: əla;
Üstünlüklər: SQL və Power BI üzrə biliklər; Statistika üzrə biliklər; CFA proqramında üzvlük; ACCA sertifikasiyası üzrə ən azı imtahanlardan uğurla keçilməsi və ya DipIFR sertifikasiyası
Kompüter bilikləri:Microsoft Office – əla, Microsoft Office Excel – əla
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, problem həlletmə.

İmtiyazlar:

Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Səbail rayonu, Sahil Plaza, M.Useynov pr., 61
Əlaqə vasitələri: www.pasha-life.az (+994 12) 942

Vakansiya üçün müraciət qaydası: Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

VAKANSİYA 6

Grand Agro MMC 

Vakansiya – Maliyyə Meneceri

Vəzifə öhdəlikləri:

• Maliyyə menecerin tabeçiliyində olan strukturlara ümumi rəhbərliyi həyata keçirir, işlərini əlaqələndirir, fəaliyyətlərinə nəzarət edir və səmərəli təşkil olunmasına görə məsulliyyət daşıyır
• Müəssisənin illik büdcəsinin planlaşdırılması, digər struktur bölmə rəhbərləri ilə birgə büdcənin hazırlanması və büdcənin icrasına nəzarət
• Cəmiyyəti investorlar, maliyyə-kredit təşkilatları və maliyyə məsləhətçiləri ilə əməkdaşlıq etməsinə hazırlayır və onlar qarşısında Şirkətin maraqlarını təmsil edir
• Şirkətin siyasətinə uyğun illik maliyyə planlarını tərtib edir, faktiki və plan tutuşdurulması əsasında onun icrasına nəzarət edir
• Cəmiyyətin cari öhdəliklərini yerinə yetirmək məqsədilə pul vəsaitlərinin ehtiyatını təmin edir , Pul vəsaitlərin hərəkətini mütəmadi təhlil edir və pul vəsaitlərin sərfiyyatı ilə bağlı qısamüddətli proqnozlar verir;
• Müəssisənin maliyyə və iqtisadi vəziyyətini və fəaliyyətinin nəticələrini təhlil edir, şirkətin ödəmə qabiliyyətinin və likvidliyinin təmin edir
• Müəssisənin ödəmə qabiliyyətinin təmin edilməsinə, istifadə olunmamış maddi-texniki ehtiyatların əmələ gəlməsinin və ləğv edilməsinin qarşısının alınmasına, istehsalın gəlirliliyinin artırılmasına, mənfəətin artırılmasına, məhsulların (malların) istehsalı və satış maya dəyərinin azaldılmasına, maliyyə intizamının gücləndirilməsinə yönəlmiş tədbirlər həyata keçirir
• Cəmiyyətin maliyyə hesabatlarının düzgünlüyünü və orada olan məlumatların etibarlığını təmin edir
• Vergi və audit yoxlamaları zamanı məlumatların düzgün və dolğun formada təqdim edilməsini həyata keçirir
• Müəssisə dirеktоrunа və üçüncü şəхslərə (dirекtоrlаr şurаsınа, invеstоrlаrа, кrеditоrlаrа) idаrəеtmə hеsаbаtlаrının hаzırlаnmаsı

Tələblər:

• Təhsil : Ali ( Maliyyə və Biznes İdarəçiliyi)
• Təcrübə: Əlaqədar sahədə minimum 3-5 il
• Dil bilikləri: Azərbaycan Dili ana dili ,İngilis dili yaxşı səviyyədə
• Sertifikatlar: ACCA və CFA və əlaqədar sertifikatlar
• İT üzrə biliklər: MS Office (xüsusilə MS Excel yaxşı səviyyədə), 1C proqramı , BTP və Elektron hökümət portalı

Texniki Bacarıqlar:

• Maliyyə Hesabatlarının Beynəlxalq Standartları
• Risklərin idarə edilməsi üzrə biliklər
• Azərbaycan Respublikası Vergi Məcəlləsi, Əmək Məcəlləsi üzrə biliklər

Səriştəlik:

• Açıq fikirli,məqsədyönlü və nəticəyə meyillilik bacarığı
• Problem həll etmə və əməkdaşlıq bacarıqları
• Güclü şifahi və yazılı ünsiyyət, fikirlərini düzgün çatdırmaq,
• Analitik düşüncə və proqnoz etmə bacarığı, detallara fokuslanma
• Liderlik və Təşkilatçılıq
• Biznesin məqsədlərinə əsaslanmış kritik qərar qəbul edə bilmə ,
• Yeniliklərə açıq olma, insiativ alma qabiliyyəti
• Prinsip və Dəyərlərə sadiqlik
• Operativlik və İcra etmək bacarığı

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini hr@grandagro.az elektron ünvanına mövzu yerinə “Maliyyə Meneceri” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

 

VAKANSİYA 7

Bizim Kündə MMC

Vəzifə: Satıcı

Namizədə tələblər:

• Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi (Qida sektorunda olması üstünlükdür);
• Yaş həddi: 22-45;
• Azərbaycan dili səlis, rus dili arzuolunandır;
• Effektiv ünsiyyət bacarığı;
• Müştəriyönümlü satış qabiliyyəti;
• Stressə davamlı və dürüst olmalıdır.

Vəzifə öhdəlikləri:

• Məhsulların mağaza vitrinlərində verilmiş plana əsasən düzülməsi;
• Məhsulların yerləşdiyi rəflərin səliqəyə salınması və daim nəzarətdə saxlanılması;
• Məhsullar barədə müştərilərə ətraflı məlumat verilməsi və satışın təşkili;
• Müştəri məmnuniyyətinin təmin edilməsi.

İş şəraiti:

• İş qrafiki: Növbəli;
• Əmək haqqı: 400 AZN;
• Əmək Məcəlləsinə əsasən sənədləşmə.

Vakansiyaya müraciət üçün, CV formanızı hr@bizimkunde.az elektron poçtuna “Satıcı” mövzusu ilə göndərməyiniz xahiş olunur.

 

VAKANSİYA 8

“Kredit Evi” QSC

Katibə-Referent

İşçi üçün tələblər

• Yaş həddi: 21-30 yaş
• Cins: qadın
• Təhsil: natamam ali və ya orta ixtisas
• İş təcrübəsi: Arzu olunandı
• Dil bilikləri: Azərbaycan dilini yaxşı səviyyədə, Rus dili biliyi arzu olunandı
• Kompüter bilikləri: MS Office proqramlarını (xüsusilə Word və Excel) əla səviyyədə bilməlidir.

Bacarıqlar:

• Ünsiyyətqurma və müştərilərlə işləmək bacarığı;
• Punktual;
• Gülərüz;
• Sənədlərlə işləmə bacarığı olmalıdır.

İşin təsviri:

• Daxil olan telefon zənglərinə cavab vermək;
• Müdiriyyətin verdiyi tapşırıqları yerinə yetirmək;
• Günlük Tabelin hazırlanması;
• Kredit üçün müraciət etmiş müştəriləri yönləndirmək.

Tələblərə cavab verən şəxslər şəkilli cvlərini (şəkilli cv mütləqdi) hr@kreditevi.az elektron ünvanına göndərə bilərlər.

Müsabiqənin növbəti mərhələlərinə yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar. Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (Bakı - Katibə-referent ). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

 

VAKANSİYA 9

Şirkət: Zəfəran hospital

Vakansiya: Radioloji Texnik

Vəzifə öhdəlikləri:

• Xəstələri xüsusi diaqnostik tarama proseduru üçün hazırlamalı
• Xəstəni analiz etmək üçün istifadə olunan diaqnostik cihazı izləməli
• Prosedurdan sonra şəklin aydın olub olmadığını yoxlamalı.

Tələblər:

• Tibb təhsili (Ali və ya orta ixtisas);
• Müvafiq sahədə iş təcrübəsi mütləqdir;
• Azərbaycan dilini əla səviyyədə bilməli, rus dilini bilməsi arzu olunandır;

İş şəraiti:

• İş qrafiki: Tam iş günü (növbəli iş qrafiki, gecə və gündüz)
• Əmək haqqı: 600-800 AZN
• Yaş həddi: 25-40

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Radioloji texnik” qeyd edərək CV formasını cv@zeferan.az elektron ünvanına göndərmələri xahiş olunur.

 

VAKANSİYA 10

Yelo Bank

Rəqəmsal Bankçılıq şöbəsində Mobil proqram üzrə baş tərtibatçı (Android)

Siz elektron poçtun “mövzu” yerinə “Android Developer” qeyd etməklə öz CV-lərinizi jobs@yelo.az ünvanına göndərə bilərsiniz.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Əlavə məlumat üçün: www.yelo.az

Struktur: Proqramlaşdırma departamenti, Rəqəmsal Bankçılıq şöbəsi
Vəzifə: Mobil proqram üzrə baş tərtibatçı (Android)
Bilavasitə tabeçiliyi: Departament direktoru / Şöbə meneceri

Vəzifə öhdəlikləri:

- Mobil platformaların hazırlanması və modifikasiyası;
- Mobil bank və informasiya sistemləri üçün layihə müşayəti;
- Test tapşırıqların hazırlanması və testlərdə iştirak;
- Layihələrin icrası prosesində yaranan problemlərin vaxtında həll edilməsi;
- Mobil bankinqin iş qabiliyyətinin monitorinqi və dəstəklənməsi.

Tələblər:

- Android (Kotlin) platforması istifadə edərək mobil tətbiqetmələrin yazılması üzrə ən azı 2 il iş təcrübəsi (Gradle və ya Android Studio bilikləri-şirkətdə istifadə);
- Keyfiyyətli kodlaşdırma təcrübəsi;
- Müştəri-server tətbiqlərinin yazılması sahəsində təcrübə, REST, JSON işləmə prinsipləri barədə anlayış;
- Android SDK (API lvl > 14 tam biliklər, API levels (19, 21, 23, 26) müxtəlifliyini anlama bacarığı;
- MVP, Clean və digər müasir strukturları anlama bacarığı;
- Android application architecture, Android Memory Management bilikləri;
- HTTP/ TCP/ UDP, Multithreading & Concurrency, RxJava, Dagger 2 bilikləri;
- Git ilə işləmə bacarığı, Git-Flow bilikləri;
- Peşəkar və sürətli inkişaf arzusu;
- Testlərin yazılma bacarığı arzuolunandır (JUnit, Espresso)
- Komandada işləmə təcrübəsi arzuolunandır.

Biz Sizə nə təklif edirik:

- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Könüllü tibbi sığorta proqramına qoşulma;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department