Bank

“Expressbank”da yeni təyinat

“Expressbank” ASC-də daha bir peşəkarın təyinatı baş verib. Roma Əliyev Ödəniş sistemlərinin idarəedilməsi departamentinə direktor təyin edilib. Bu barədə Bankdan bildirilir.

Roma Əliyevin bank sahəsində 20 ildən artıq təcrübəsi var. O, 2011-ci ildən Bank “BTB” ASC-də Əməliyyat departamentinin direktoru vəzifəsində çalışıb. 

Daha öncə isə “Bank Standard”da 13 illik fəaliyyəti zamanı o, Əməliyyat departamentinin Plastik kartlar şöbəsinin müdiri olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)