Sosial iqtisadiyyat

Qaz limitinin artırılması təklifinə hökumətdən RƏSMİ CAVAB

Nazirlər Kabineti yüksək dağlıq əmsalı tətbiq olunan rayonlara güzəştli qaz limitinin artırılması ilə bağlı təklifə münasibət bildirib.

ENA.az-ın məlumatına görə, Nazirlər Kabineti 2020-ci il üzrə hesabatında açıqlayıb ki, tarif tənzimlənməsi həyata keçirilərkən gəlirlər təchizatçı subyektlərin yalnız zəruri xərclərini bağlayacaq səviyyədə nəzərə alınıb.

Bu baxımdan ölkənin hər bir regionunda aşağı tariflə illik istehlak həcminin yüksəldilməsi təchizatçının maliyyə nəticələrinə mənfi təsir etməklə həmin region üzrə xidmətlə bağlı yaranan xərclərin qarşılanması məqsədilə digər regionlarda illik istehlak həcminin azaldılması zərurətini yaradır. Bu da istehlakçılar arasında sosial ədalət prinsiplərinin pozulmasına səbəb olur

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department