Aqrar

Azərbaycanda torpağın təyinatı ilə bağlı 58 müraciətə İMTİNA VERİLİB

2020-ci ildə Azərbaycanda 43,6 min hektar torpaq sahəsinin kateqoriyasının və təyinatının dəyişdirilməsi ilə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə 199 müraciət daxil olub.

Bu barədə Nazirlər Kabinetinin 2020-ci ildəki fəaliyyəti bağlı hesabatında bildirilir.

Sənədə əsasən, Nazirlər Kabinetinin sərəncamları ilə 14 müraciət üzrə 962,8 hektar torpaq sahəsinin kateqoriyası dəyişdirilib.

Dövlət Xidməti kateqoriyasının dəyişdirilməsi məqsədə uyğun sayılmayan 9 min hektar torpaq sahəsi üzrə 58 müraciətə imtina verib. Eyni zamanda, hesabat ili ərzində əvvəlki illərdə daxil olmuş 4 müraciət üzrə 116,8 hektar torpaq sahəsinin kateqoriyası müvafiq qaydada dəyişdirilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)