Sağlamlıq

Azərbaycanda koronavirusun ən çox yayıldığı bölgələr açıqlanıb

Azərbaycanda COVID-19 infeksiyasına yoluxma halları üzrə statistika açıqlanıb.

“ENA” xəbər verir ki, yoluxma hallarının 52,5 faizi (bundan əvvəl 52,3 faiz) Bakının payına düşür.

Eləcə də bax: Bakıda ən yüksək yoluxma bu rayondadır

Yoluxma sayının yüksək olduğu ikinci bölgə Arandır. Belə ki, orada yoluxma 13.1%-dir. Abşeronda 12.9%, Gəncə-Qazaxda 8.1%, Şəki-Zaqatalada 3.3%, Quba-Xaçmazda 3%, Lənkəranda 2.8%, Dağlıq Şirvanda 2.5%, Yuxarı Qarabağda 1.4%, Naxçıvan Muxtar Respublikasında 0.04%, ölkə xarici yoluxma isə 0.4%-dir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department