Bakıda ən yüksək yoluxma bu rayondadır

Bakıda koronavirus infeksiyasının ən geniş yayıldığı ərazi məlum olub.
“ENA” xəbər verir ki, paytaxt üzrə ən yüksək yoluxma yenidən Binəqədi rayonunda qeydə alınıb.
Eləcə də bax: Azərbaycanda koronavirusun ən çox yayıldığı bölgələr açıqlanıb
Belə ki, bu rəqəm Binəqədidə 15% təşkil edir.
Sonrakı yerlərdə 13,1%-lə Xətai, 12,1%-lə Yasamal, 10,8%-lə Sabunçu, 8,2%-lə Nərimanov və Suraxanı, 7,8%-lə Nəsimi, 7%-lə Nizami, 6,9%-lə Xəzər, 5,2%-lə Qaradağ, 5,1%-lə Səbail, 0,5 % ilə Pirallahı qərarlaşıb.