İlon Maskın “Starship”i 3-cü dəfə də partladı
Dünyanın ən varlı adamı İlon Maska məxsus “SpaceX” şirkəti Marsdakı missiyalar üçün nəzərdə tutulmuş “Starship” kosmik gəmisinin prototipini şaquli vəziyyətdə yerə endirməyi bacarıb, lakin bir neçə dəqiqə sonra o partlayıb.
Bu barədə “ENA” TASS-a istinadən xəbər verir.
“Starship SN10” adlanan prototip Boka-Çikada (Texas ştatı) ABŞ-ın şərq sahili vaxtı ilə saat 18:15-də hərəkətə başlayıb. Gəmi bir neçə dəqiqə ərzində 10 km yüksəkliyə qalxıb, daha sonra Boka-Çika kosmodromunun yanına eniş edib. Gəmidə baş verən yanğından sonra partlayış olub.
Qeyd edək ki, daha əvvəlki iki anaoloji sınaqlar zamanı da prototiplər meydançaya eniş etdikdə partlamışdı.