“Coronovac” peyvəndi xəstəxanaya yerləşdirilmənin qarşısını 100% alır

“Sinovac” şirkətinin istehsalı olan “Coronovac” peyvəndinin Türkiyədə üçüncü klinik sınağının nəticələri açıqlanıb.
NTV-ə istinadən xəbər verilir ki, vaksinin təsirinin 83.5 faiz olduğu bildirilib.
Bundan başqa, sınağın nəticələrinə görə, “Coronovac” peyvəndi vaksin olunmuş şəxsin xəstəxanaya yerləşdirilməsinin qarşısını 100% alır.
Qeyd edək ki, Azərbaycanda da COVID-19-a qarşı “Coronovac” peyvəndi tətbiq edilir.