Sosial iqtisadiyyat

Azərbaycan iqtisadiyyatı bu il 4% artacaq - PROQNOZ

“Moody’s Investors Service” şirkəti bu il Azərbaycan iqtisadiyyatının təxminən 4% artacağını proqnozlaşdırır.

“Moody’s”in verdiyi məlumata görə, bu proqnoz əsas beynəlxalq təşkilatlarının (BMT, Dünya Bankı) və beynəlxalq kredit agentliklərinin (“Standard and Poor’s” və “Fitch Ratings”) gözləntilərindən daha yüksəkdir.

Xatırladaq ki, “S&P Global Ratings” reytinq agentliyi bu il Azərbaycanda ÜDM-in 2,1%, Dünya Bankı 1,9%, Birləşmiş Millətlər Təşkilatı isə 2% artacağını proqnozlaşdırır. 2020-ci ildə ölkədə ÜDM istehsalı 4,3% azalıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department